Bazarda gündəlik tələbat malları arasında xeyli çeşiddə xarici istehsala rast gəlinir. Onların da qiyməti əksər hallarda baha olur. Yerli ərzaqlar isə təlabatı tam ödəmir. Bəs Azərbaycan özünü ərzaq ehtiyatı ilə nə qədər təmin edir?
FED.az xəbər verir ki, iqtisadçı ekspert Rəşad Həsənov deyir ki, bəzi məhsulların yerli istehsalı istehlak normasından aşağıdır. Ona görə də həmin qidalardan idxal asılılığı davam edir. Bununla belə, bir qisim zəruri ərzaqların istehsalı qənaətbəxş sayıla bilər.
Ekspert bildirir ki, ölkədə kərə yağının istehsalı az olsa da, marqarin yağı və şəkər tozu təlabatı ödəyir. İqtisadçı bir çox ərzaqların istehsalının artırılması üçün potensial olduğunu da deyir.
Rəşad Həsənovun fikrincə, yerli istehsalı genişləndirmək üçün şərtlər sadələşdirilsə, daha böyükl imkanlar yaradılsa məhsuldarlıq artar, nəticədə bazarda ucuzlaşma müşahidə olunar. (Xəzərxəbər)