2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana 34 milyon 14 min ABŞ dolları dəyərində 16 min 662 ton ət idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
Məlumata görə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 2 milyon 490 min ABŞ dolları və ya 6,8%, həcm baxımından isə 77 ton və ya 0,5% azalıb.
Bildirək ki, 2024-cü ilin ilk 4 ayında Azərbaycana 36 milyon 503 min ABŞ dolları dəyərində 16 min 739 ət idxal edilib.
Hesabat dövründə ət idxalının ümumi idxalda payı 0,42% təşkil edib.
Qeyd edək ki, bu ilin ilk 4 ayında idxal edilmiş ətin 1 kiloqramının orta qiyməti əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24 qəpik və ya 6,4% azalaraq 3,47 manata bərabər olub.
Ötən il 1 kq ətin orta idxal dəyəri 3,71 manat idi.
Bununla yanaşı cari ilin yanvar-aprel aylarında ölkədə quş əti də daxil olmaqla diri çəkidə 192,3 min ton ət istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdən aydın olur ki, 2024-сü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2,2 min ton və ya 1,2% artıb.
2024-cü ilin eyni dövründə Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə 190,1 min ton ət istehsal edilmişdi.