Dadlı qoyun əti ilə məşhur olan Azərbaycan, nə qədər maraqlı olsa da, qoyun ətinin idxalı ilə məşğuldur.
Marketlərdə ət və ət məhsulları neçəyədir? – MARKETLƏR, QİYMƏTLƏR, SİYAHI (May, 2024)
2023-ci il və 2024-cü ilin ilk yarısında ölkəyə idxal olunan qoyun ətinin həcmi ixracı 100 dəfələrlə üstələyib.
FED.az xəbər verir ki, 2023-cü ildə Rusiyadan dondurulmuş sümükdən ayrılmamış qoyun əti idxalı cüzi olub, 10 kilo qoyun ətinin idxalı 60 dollar təşkil edib.
Ən bahalı qoyun əti Niderlanddan gətirilir – 2023-cü ildə təzə və ya soyudulmuş sümükdən ayrılmamış 30 kiloqram qoyun ətinin idxalı 1,03 min dollar dəyərində olub.
Ölkəmiz ən çox qoyun ətini Monqolustandan alır - 2023-cü ildə 97,5 ton dondurulmuş qoyun cəmdəkləri idxal edilib və dəyəri 390 min dollar olub. Həmçinin, dondurulmuş sümükdən ayrılmamış parçaların idxalı 24 ton və 96 min dollar, dondurulmuş quzu cəmdəkləri isə 20 ton və 80 min dollar təşkil edib. Başqa sözlə, Monqolustandan qoyun ətinin kiloqramı 4 dollara və ya 6,8 manatabaşa gəlir.
Əvəzində Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə 2023-cü ildə 300 kiloqram təzə və ya soyudulmuş quzu cəmdəkləri ixrac edib, onun dəyəri 2,82 min dollar olub.
Lüksemburqdan dondurulmuş sümükdən ayrılmamış qoyun əti idxalı 2023-cü ildə 70 kiloqram olub və bu 3,07 min dollara bərabər olub. 2024-cü ildə bu ölkədən idxal həyata keçirilməyib.
Daha detallı aşağıdakı cədvəldə :
Ölkə |
Malın adı |
Ölçü vahidi |
2023 |
2024 |
||||||
İdxal |
İxrac |
İdxal |
İxrac |
|||||||
miqdarı |
məbləği (min dollar) |
miqdarı |
məbləği (min dollar) |
miqdarı |
məbləği (min dollar) |
miqdarı |
məbləği (min dollar) |
|||
Rusiya |
Qoyun əti, dondurulmuş, sümükdən ayrılmamış digər parçalar |
ton |
0.01 |
0.06 |
- |
- |
0.01 |
0.01 |
- |
- |
Niderland |
Qoyun əti, təzə və ya soyudulmuş, sümükdən ayrılmamış digər parçalar |
ton |
0.03 |
1.03 |
- |
- |
0.05 |
0.15 |
- |
- |
Lüksemburq |
Qoyun əti, dondurulmuş, sümükdən ayrılmamış digər parçalar |
ton |
0.07 |
3.07 |
- |
- |
||||
Birləşmiş Ərəb Əmirlikləri |
Quzu cəmdəkləri və şaqqaları, təzə və ya soyudulmuş |
ton |
- |
- |
0.3 |
2.82 |
||||
Avstriya |
Qoyun əti, dondurulmuş, sümükdən ayrılmış parçalar |
0.02 |
0.3 |
- |
- |
|||||
Monqolustan |
Digər qoyun əti, dondurulmuş, cəmdəklər və şaqqalar |
97.5 |
390 |
- |
- |
|||||
Qoyun əti, dondurulmuş, sümükdən ayrılmamış digər parçalar |
24 |
96 |
- |
- |
||||||
Quzu cəmdəkləri və şaqqaları, dondurulmuş |
20 |
80 |
- |
- |
||||||
Niderland |
Qoyun əti, təzə və ya soyudulmuş, sümükdən ayrılmamış digər parçalar |
0.05 |
0.15 |
- |
- |
|||||
Yeni Zelandiya |
Qoyun əti, dondurulmuş, sümükdən ayrılmamış digər parçalar |
0.08 |
1.77 |
- |
- |
|||||
Qoyun əti, dondurulmuş, sümükdən ayrılmış parçalar |
0.05 |
0.9 |
- |
- |
||||||
Quzu cəmdəkləri və şaqqaları, dondurulmuş |
0.05 |
2.74 |
- |
- |
||||||
Avstraliya |
Qoyun əti, təzə və ya soyudulmuş, cəmdəklər və şaqqalar |
0.01 |
0.35 |
- |
- |
|||||
Quzu cəmdəkləri və şaqqaları, dondurulmuş |
0.01 |
0.06 |
- |
- |
||||||
Qoyun əti, dondurulmuş, sümükdən ayrılmış parçalar |
0.07 |
1.15 |
- |
0.03 |
0.71 |
- |
- |