Bu ilin ilk 8 ayında Azərbaycandan 45,1 milyon dollar həcmində alkoqollu və alkoqolsuz içkilər ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, içki ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 3,6 milyon dollar və ya 7,4% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 48,7 milyon dollar dəyərində alkoqollu və alkoqolsuz içkilər ixrac olunmuşdu.
Bu il 8 ayında ümumi ixracın 0,26%-i, qeyri-neft sektoru üzrə ixracın isə 1,88%-i bu məhsulların payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,27% olub.