2024-cü ildə Azərbaycandan 29 milyon 785 min dollar dəyərində 33 min 943 ton nar ixrac edilib.
Bu barədə FED.az Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir.
Məlumata əsasən Azərbaycandan nar ixracı 2023-cü illə müqayisədə dəyər ifadəsilə 856 min dollar və ya 2,8% azalıb, miqdar ifadəsilə 5 min 314 ton və ya 13,8% artıb.
2023-cü ildə Azərbaycandan 30 milyon 641 min dollar dəyərində 28 min 629 ton nar ixrac edilmişdi.
Hesabat dövründə nar ixracı Azərbaycanın ümumi ixracında 0,11%, qeyri-neft sektoru üzrə ixracında isə 0,89% paya malik olub.
Hesabat dövründə narın 1 kiloqramının orta ixrac qiyməti 1,49 manat təşkil edib ki, bu da illik müqayisədə 0,33 manat və ya 18% çoxdur.