“Araz” supermarketlər şəbəkəsi genişlənməyə davam edir.
Azərbaycanda içməli suların PH göstəricisi - NİYƏ GİZLƏDİLİR? - SİYAHI
FED.az xəbər verir ki, 16 aprel tarixindən etibarən Sabunçu rayonunun Zabrat qəsəbəsində, İlyas Aslanov küçəsi 8 ünvanında yeni “Araz Zabrat Superstore” filialı fəaliyyətə başlayacaq.
Yeni filialın açılışı münasibətilə müştərilər üçün xüsusi kampaniyalar da nəzərdə tutulub. Açılış günündən etibarən seçilmiş məhsullara xüsusi endirimlər tətbiq olunacaq.
“Araz” supermarketlər şəbəkəsi paytaxt və bölgələrdə sürətli şəkildə yeni filiallar açmaqla yanaşı, müştəri məmnuniyyətinə də xüsusi önəm verir. Yeni açılacaq Zabrat Superstore filialı da bu strategiyanın tərkib hissəsidir və sakinlərin gündəlik ehtiyaclarını daha əlçatan formada qarşılamağı hədəfləyir.
Qeyd edək ki, “Araz” supermarketlər şəbəkəsi hazırda ölkə üzrə 400-dən artıq filialla fəaliyyət göstərir və yerli istehsalçılarla əməkdaşlığa üstünlük verərək, geniş çeşiddə keyfiyyətli məhsulları sərfəli qiymətlərlə təklif edir.