Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsi keyfiyyətli qida və qeyri-qida məhsullarını hər kəs üçün daha da əlçatan etmək və müştəri loyallığını artırmaq məqsədilə mütəmadi olaraq endirim kampaniyaları həyata keçirir.
Belə ki, 2023-cü ilin oktyabr ayında supermarketlər şəbəkəsində 1000-dən çox məhsul müştərilərə 75%-dək endirimlərlə təklif olunub.
FED.az xəbər verir ki, sözügedən dövrdə “Agent 099” kampaniyası həyata keçirilib və bu kampaniya çərçivəsində məhsullar 52%-dək endirimlərlə satılıb. Həmçinin “30 AZN-də fürsət var” adlı kampaniyaya əsasən 30 manat və daha çox alış-veriş edən müştərilər seçilmiş məhsulları 50%-dək endirimlərlə əldə ediblər.
Mütəmadi davam edən “Daim aşağı qiymət”, “Kassirdən soruş”, “Həftəsonu”, “Əla qiymətlər” kampaniyaları çərçivəsində oktyabr ayında da qida və qeyri-qida məhsulları alıcılara mümkün münasib qiymətlərlə təklif edilib.
Qeyd edək ki, “Araz” supermarketlər şəbəkəsində endirimlər hazırda da davam edir və istehlakçılar yüksək keyfiyyəti ilə seçilən məhsulları 75%-dək endirimlə, sərfəli qiymətlərlə əldə edə bilərlər.