Azərbaycanda araq və pivənin alış və satış qiyməti bahalaşıb.
Azərbaycanda siqaretlər bahalaşdı - SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bir çox spirtli içkilərin mağazalara gəliş qiyməti bahalaşıb. Belə ki, qiymət artımı bəzi içkilərdə bir litr üçün 0,3 manatdan 3,4 manata kimi dəyişib.
Araqların mağazalara gəliş qiyməti aşağıdakı kimi dəyişib:
"Napalyon 1L" 18 manatdan 18,6 manata (satış qiyməti 20 manat), "Rasputin 1L" 12,9 manatdan 13,3 manata (satış qiyməti 16,8 manat), "Prime Class 1L" 15 manatdan 15,5 manata (satış qiyməti 16,8 manat), "Finish 1L" 11,68 manatdan 12,5 manata (satış qiyməti 16,8 manat), "Rasputin 0,7L" 10,1 manatdan 10,4 manata (satış qiyməti 14 manat), "Green Glade 0,5L" 6,5 manatdan 7 manata (satış qiyməti 9,5 manat) "Rasputin 0,5L" 6,86 manatdan 7,36 manata (satış qiyməti 9,5 manat), "Sobranie 0,25L" 2,95 manatdan 3,8 manata (satış qiyməti 5 manat), "Finish 0,25L" 3,7 manatdan 3,9 manata (satış qiyməti 5 manat), "Pshenicnaya 0,25L" 3,7 manatdan 3,8 manata ( satış qiyməti 4,95 manat) qədər bahalaşıb.
Araqlarla yanaşı, bəzi pivə qiymətlərində də artım müşahidə olunsa da, bu qiymətlər elə də dəyişməyib. Xüsusilə də, alış qiymətinin artması pərakəndə satışa ciddi təsir göstərməyib. Belə ki, "Xırdalan Lager Şüşə, 0,5L" 2,02 manatdan 2,11 manata (satış qiyməti 2,27 manat), "Xırdalan Draft Premium Dəmir 0,45L" 2,28 manatdan 2,46 manata (satış qiyməti 2,65 manat), "Xırdalan Pet 2L" 6,5 manatdan 6,9 manata (satış qiyməti 7,38 manat), "Əfsanə Super Sərt Dəmir 0,45L" 1,91 manatdan 2,09 manata (satış qiyməti 2,25 manat) qədər artıb.
Qeyd edək ki, mağazalar içkilərin gəliş qiyməti kəskin bahalaşmasa da, pərakəndə satış qiymətində kəskin artım ötən ilin noyabrından bəri özünü göstərib. Belə ki, mağazalara təyin olunmuş arağın pərakəndə satışının minimum qiymətləri daha çox sahibkara sərf edib. Yəni, onlar spirtli içkiləri cüzi artım qiymətləri ilə alıb, təyin edilmiş minimum qiymətlər ilə satışını həyata keçirirlər.
Məlumata üçün bildirək ki, alkoqollu içkilərin minimum pərakəndə satış qiymətlərinin müəyyənləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunun tətbiqi haqqında 27 yanvar 2025-ci il tarixli Fərmanına və Nazirlər Kabinetinin “Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Qərarına uyğun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir.
Bu qərar ötən ilin 24 noyabr tarixindən etibarən qüvvəyə minib.
Xatırladaq ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 1,422 min dekalitr (dkl) araq, 4,973 min dekalitr pivə istehsal edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə araq istehsalı 5,1% azalıb, pivə istehsalı 0,5% artıb. 2025-ci ilin dekabrın 1-i vəziyyətinə ölkədə hazır araq ehtiyatının miqdarı 175,1 min dekalitr, hazır pivə ehtiyatının miqdarı 200,4 min dekalitr təşkil edib.
Qeyri-meyvə arağının pərakəndə satışının minimum qiymətləri aşağıdakı kimi təsdiq edilib:












