ABŞ Prezidenti Donald Tramp tərəfindən tətbiq edilən idxal rüsumları ölkədə qəhvənin pərakəndə satış qiymətlərinin illik hesablamada təxminən 21% artmasına səbəb olub.
ABŞ 1 noyabrdan Çin mallarına 100% rüsum tətbiq edəcək
FED.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Qiymətlərin kəskin artmasının əsas səbəbi Braziliyadan idxala 50% rüsum, həmçinin Vyetnama qarşı 20% və Kolumbiyaya qarşı 10% tarif tətbiq edilməsi olub.
CNN-in istinad etdiyi Milli Qəhvə Assosiasiyasının məlumatlarına əsasən, ABŞ ölkədə istehlak edilən qəhvənin 99%-dən çoxunu idxal edir. Qəhvə dənələrinin əksəriyyəti Braziliyadan (30%-dən çox), Kolumbiyadan (18,3%) və Vyetnamdan (6,6%) tədarük edilir.
Qeyd olunub ki, yaranmış vəziyyət fonunda sentyabr ayında Respublikaçı və Demokrat partiyalarından iki konqresmen ABŞ-yə idxal edilən qəhvə məhsullarını rüsumlardan azad edən "Qəhvə vergisinin ləğvi haqqında" qanun layihəsi təqdim ediblər. (Report)