2025-ci ilin yanvar-fevral ayları üzrə neft-qaz sektoruna daxil olmayn malların ümumi ixrac dəyəri təxminən yarım milyard dollara yaxınlaşıb.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə bu sektora daxil olmayan malların ixracında əsas yeri elektrik enerjisi tutur. Elektrik enerjisinin ümumi dəyəri 296,2 milyon kvt/saat ümumi dəyəri 16,4 milyon dollar təşkil edib.
İxracda ikinci yeri sement və sement klinkerləri tutur. Belə ki, xarici ölkələrə Azərbaycandan 142,2 min ton sement ixrac olunub. İxracın ümumi dəyəri 9,1 milyon dollara bərabər olub.
Miqdarca ən çox satılan məhsullar içərisində azot gübrəsi 3-cü yeri tutub. Məhsulun ixracının miqdarı 122,4 min ton, dəyəri 36 milyon dollar olub.
Metanol ixracının miqdarı 61,9 min ton, dəyəri 19,8 milyon dollar təşkil edib.
Xurma ixracı iki ayın nəticələrinə görə 41,8 min ton və 30,5 milyon dollar təşkil edib.
Bundan başqa ilk onluğa 22,7 min ton olmaqla (26,7 milyon dollar) pomidor, 20,7 min ton (13,6 milyon dollar) olmaqla alma, 17,2 min ton (24 milyon dollar) olmaqla pambıq lifi, 14,2 min ton (16,6 milyon dollar) olmaqla polietilen, ilkin formalarda və 11,8 min ton (11,8 milyon dollar) olmaqla qara metallar və onlardan hazırlanan məmulatlar da daxildir.
S/n |
Malın adı |
Miqdar (ton) |
Statistik dəyər (dollar) |
2025-ci ilin ilk 2 ayının |
2025-ci ilin ilk 2 ayının qeyri-neft sektoru |
Neft-qaz sektoruna daxil olmayan mallar üzrə |
- |
484995 |
9,52 |
100 |
|
1 |
Elektrik enerjisi, min kVt/saat |
296 187 |
16 376 |
0,34 |
3,38 |
2 |
Sement, hazır və ya klinker formasında, ton |
142 157 |
9 059 |
0,19 |
1,87 |
3 |
azot gübrəsi, ton |
122 383 |
36 008 |
0,76 |
7,42 |
4 |
metanol (metil spirti), ton |
61 928 |
19 776 |
0,41 |
4,08 |
5 |
Xurma, ton |
41 830 |
30 481 |
0,64 |
6,28 |
6 |
Tomat, ton |
22 739 |
26 722 |
0,56 |
5,51 |
7 |
Alma, ton |
20 674 |
13 571 |
0,28 |
2,8 |
8 |
Pambıq lifi, ton |
17 152 |
23 991 |
0,5 |
4,95 |
9 |
polietilen, ilkin formalarda, ton |
14 222 |
16 624 |
0,35 |
3,43 |
10 |
Qara metallar və onlardan hazırlanan məmulatlar, ton |
11 828 |
11 753 |
0,25 |
2,42 |