Xəbər verildiyi kimi, ABŞ və Avropa İttifaqı Rusiyanın Ukraynaya hücumuna cavab olaraq ona qarşı çoxsayləı sanksiyalar tətbiq edib.
Hazırda müzakirə edilən sanksiyalardan biri də Rusiyanı beynəlxalq ödənişlər sistemindən - SWIFT-dən kənarlaşdırmaqdır.
FED.az xəbər verir ki, son məlumata görə, belə qərar artıq yaxın vaxtlarda qəbul ediləcək.
Bununla yanaşı, bəzi ekspertlər bildirir ki, Rusiyanın SWIFT sistemindən kənarlandırılması gözlənildiyi qədər ciddi təsmirə malik olmayacaq. Çünki SWIFT – dünyadakı ödəniş sistemlərindən yalnız biridir. Hazırda ona analoq olan bir neçə sistemi var ki, Rusiya bankları onun üzərindən əməliyyatları davam etdirə bilərlər.
«Azərbaycanın 17 ilə qura bilmədiyi pensiya sistemini - GÜRCÜSTAN 2 İLƏ QURDU - STATUS
Ekspert Rövşən Ağayev yazır:
"ABŞ prezidentinin dediyində həqiqət var ki, Rusiyanı SWIFT-dən kənarlaşdırmaqdansa, beynəlxalq hesablaşmalarda aparcı olan 4 valyuta (dollar, avro, yen və ingilis funtu) ilə əməliyyatlara qadağa, konrket banklara sanksiyalar daha təsirlidir.
Səbəbini deyim.
SWIFT qarşılıqlı hesablaşmalarla bağlı banklararası beynəlxalq məlumat mübadiləsi sistemidir. Məsələn, Azərbaycanda fəaliyyət göstərən bir yerli bank SWIFT-ə qoşulmaqla dünyanın müxtəlif regionlarında bu sistemə üzv olan ixtiyari bir bankda fərqli valyuta növlərində müxbir hesab açmaqla həmin regionlarda özünə gərəkli olan bütün hesablaşmalarını apara bilir. Tutaq ki, Beynəlxalq Bankın Londonda "Deutsche Bank" və "JP Morgan Chase Bank"da, Sürixdə "Credit Suisse"da, Frankfurtda "Deutsche Bank" və "Commerzbank"da, Tokido "MUFG Bank"da, Nyu-Yorkda "Citibank" və "JP Morgan Chase Bank"da müxbir hesabları var.
Beynəlxalq Bankın müştəriləri adıçəkilən regionlarda olan tərəfdaşları ilə qarşılıqlı əməliyyatları həmin müxbir hesablar vasitəsilə SWIFT üzərindən ötürülən mesajla təmin edə bilirlər. Məsələn, Azərbaycanın X şirkətinin ABŞ-dakı tərəfdaşının hesablaşma hesabının "Citibank"da olması şərt deyil. Əgər həmin şirkətin bankının "Citibank"la müxbir əlaqəsi varsa, "Citibank" vasitəçi bank kimi bizim Beynəlxaql Bankdan SWIFT-ə ötürülən mesajla bu hesablaşmanı təmin edəcək.
İndiki halda dünyada SWIFT qədər populyar və nəhəng dövriyyəsi olmayan başqa beynəlxalq mesaj sistemləri var. Məsələn, Çinin qurduğu CİPS, Avropanın İranla əlaqə üçün qurduğu İNSTEX sistemi kimi. Hətta Rusiya 9 ölkə ilə 331 subyektin iştirak etdiyi avtonom bir sistem də qurub.
Yəni SWIFT olmadan kənar sistemlər, hətta ikitərəfli əlaqələrlə də sanksiya altında düşməyən banklar öz aralarında qarşılıqlı hesablaşmanı təmin edə bilərlər.
Lakin konkret banklara sanksiya və hesablaşma aparılacaq konkret valyutalara qadağalar gətirilirsə, artıq SWIFT-də qalmağın elə bir ciddi əhəmiyyəti qalmır".