2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 16,3 faiz artaraq 791,7 min nəfər olmuşdur.
Rusiyada Azərbaycana səfərlərə maraq - KƏSKİN ARTIB
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verirk i, Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,8 dəfə, Gürcüstana gedənlərin sayı 34,5 faiz artmış, İrana gedənlərin sayı 31,0 faiz, Türkiyəyə gedənlərin sayı 1,9 faiz azalmışdır. Ölkə vətəndaşlarının 40,2 faizi Türkiyəyə, 23,9 faizi Rusiya Federasiyasına, 9,4 faizi Gürcüstana, 7,9 faizi İrana, 18,6 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 68,3 faizini kişilər, 31,7 faizini qadınlar təşkil etmişdir.
2023-cü ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67,3 faizi hava, 29,9 faizi dəmir yolu və avtomobil, 2,8 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.