Dünyada koronavirus infeksiyasının sürәtlә yayılması әksәr ölkәlәrin turizm sektoruna da öz mәnfi tәsirini göstәrib. Bu hal ölkәmizdә dә müşahidә olunub vә cari ilin yanvar-avqust aylarında ötәn ilin eyni dövrü ilә müqayisәdә turizm infrastrukturunun әsas elementlәrindәn olan ictimai iaşә müәssisәlәrinin göstәricilәrindә azalma qeydә alınıb. Sәbәb koronavirus infeksiyasının yayılmasının qarşısının alınması mәqsәdilә Azәrbaycan Respublikası әrazisindә ictimai iaşә obyektlәrinin fәaliyyәtinә qoyulan mәhdudiyyәtlәr, hәmçinin ölkəmizlә qonşu dövlәtlәr arasında dövlәt sәrhәdindә mәhdudlaşdırıcı rejimin, elәcә dә dünyanın әksәr ölkәlәrindә vәtәndaşların sәfәrlәrinә müvәqqәti mәhdudiyyәtlәrin tәtbiq olunması ilә әlaqәdar respublikamıza gәlәn әcnәbilәrin vә vәtәndaşlığı olmayan şәxslәrin sayında müşahidә olunmuş kәskin azalma (bu ilin mart, aprel, may, iyun, iyul vә avqust ayları ötәn ilin eyni ayları ilә müqayisәdә müvafiq olaraq 2,6 dәfә, 12,1 dәfә, 9,9 dәfә, 12 dәfә, 13 dәfә, 11,5 dәfә) nәticәsindә mart, aprel, may, iyun, iyul vә avqust aylarında keçәn ilin müvafiq ayları ilә müqayisәdә ictimai iaşә xidmәtlәrinin hәcmindә azalma müşahidә edilib.
Eləcə də bax: Bakıda restoranların gəlirləri - İKİQAT AZALIB
Dövlət Statistika Komitəsindən FED.az-a bildirilib ki, cari ilin avqust ayında ictimai iaşә dövriyyәsi ötәn ilin eyni ayı ilә müqayisәdә 2,9 dәfә azalıb. Nәticәdә ictimai iaşә xidmәtlәrinin hәcmi keçәn ilin yanvar-avqust ayları ilә müqayisәdә 2,1 dәfә azalaraq 463,6 milyon manat olub.
Özәl sektorda ictimai iaşә dövriyyәsinin 45,9 faizi hüquqi şәxslәrin, 54,1 faizi isә bu sahәdә sahibkarlıq fәaliyyәti ilә mәşğul olan fiziki şәxslәrin payına düşür. Hüquqi şәxslәr üzrә dövriyyә keçən ilin yanvar-avqust ayları ilә müqayisәdә 1,9 dәfә azalaraq 211,1 milyon manat təşkil edib.