Bu ilin yanvar-iyul aylarında paytaxtda ictimai iaşə dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 55% və yaxud 2,2 dəfə azalaraq 259,7 milyon manat olub.
Eləcə də bax: “Restoranlarda kabinetlərin istifadəsinə də - İcazə Verilməlidir”
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin məlumatında bildirilir.
Məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 60,6%-i hüquqi şəxs statuslu müəssisələrin, 39,4%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. (Report)
Hüquqi şəxslər üzrə dövriyyə illik müqayisədə 38,8% azalaraq 159 milyon manat olub.