Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbacanda orta aylıq əmək haqqı 107 manat və ya 147% artaraq ilin sonunda 839 manat təşkli edib.
Azərbaycanda yeni iş yerlərinin - 80%-İ BAKI ŞƏHƏRİNDƏ YARADILIB
FED.az xatırladır ki, 2021-ci ilin sonunda ölkədə orta aylıq əmək haqqı 732 manatdır.
İqtisadiyyatın ayrı-ayrı sahələrində maaş artımı fərqli olub.
Statistika Komitəsi bildirir ki, 2022-ci ildə əmək haqlarının ən çox artdığı sahə dövlət idarəetməsi və müdafiə, eləcə də sosial təminat sahəsidir – bu sahədə orta aylıq əmək haqqı 230 manat və ya 23% artaran 985 manatdan 1214 manata yüksəlib.
Maaşların artım sürətinə görə, ikinci yeri həmkilər tutur – 2022-ci ildə səhiyyə sektorunda maaşlar 22% və ya 127 manat artaraq 568 manatdan təqribən 700 manata yüksəlib. Amma bu artımdan sonra da həkimlər hələlik ölkədə ən aşağı maaş alan təbəqələrdən sayılır.
2022-ci ildə təhsil, istirahət, əyləncə və incəsənət sahələrində maaşlar 19-20% artıb. Təhsil – həmişəki kimi orta aylıq maaşı ölkədə ən aşağı olan sahələrdəndir. Ötən il bu sahədə maaşlar cəmi 104 manat artaraq 530 manatdan 630 manata yüksəlib.
Maaşların ən zəif artdığı sahələr isə mədənçıxarma (əsasən neft-qaz sektoru) , maliyyə və sığorta, eləcə də ticarət sahəsidir.
Neft qaz sahəsində maaşlar cəmi 6,4%, amma məbləğ ifadəsində təqribən 200 manat yüksəlib və 3284 manat təşkil edib – həmişəki kimi iqtisadiyyatda ən yüksək maaş olan sahədir.
Maliyyə və sığorta sahəsində isə maaşlar 2022-ci ildə 6,9% artıb və 2000 manatlıq psixoloji həddi keçib. Maaşların belə zəif artımı sektoru aşağı maaşla yeni işçi qüvvəsinin cəlb edilməsi ilə bağlıdır.
Ticarət sektoru isə ənənəvi olaraq ölkədə ən aşağı əmək haqqı alan sahədir - hətta 7,25-lik artımdan sonra da burada aylıq əmək haqqı 575 manata bərabərdir.
İqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı (manat) |
||||
İqtisadi fəaliyyət növləri |
2022 |
2021 |
Fərq |
% |
Dövlət idarəetməsi və müdafiə; sosial təminat |
1 214,6 |
985,1 |
229,5 |
23,3% |
Əhaliyə səhiyyə və sosial xidmətlər |
694,9 |
568,1 |
126,8 |
22,3% |
Təhsil |
630,2 |
526 |
104,2 |
19,8% |
Digər sahələrdə xidmətlərin göstərilməsi |
902,3 |
753,8 |
148,5 |
19,7% |
İstirahət, əyləncə və incəsənət sahəsi |
639,4 |
537 |
102,4 |
19,1% |
Su təchizatı, tullantıların təmizlənməsi və emalı |
647,2 |
550,9 |
96,3 |
17,5% |
Nəqliyyat və anbar təsərrüfatı |
1 119,7 |
953,9 |
165,8 |
17,4% |
Peşə, elmi və texniki fəaliyyət |
1 417,7 |
1 208,4 |
209,3 |
17,3% |
İnformasiya və rabitə |
1 348,3 |
1 155,1 |
193,2 |
16,7% |
Elektrik enerjisi, qaz və buxar istehsalı |
897,8 |
770 |
127,8 |
16,6% |
Turistlərin yerləşdirilməsi və ictimai iaşə |
660,3 |
582,9 |
77,4 |
13,3% |
İnzibati və yardımçı xidmətlərin göstərilməsi |
488,2 |
431,3 |
56,9 |
13,2% |
Tikinti |
1 000,4 |
888,4 |
112 |
12,6% |
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar |
761,1 |
677 |
84,1 |
12,4% |
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq |
515,1 |
460,4 |
54,7 |
11,9% |
Emal sənayesi |
766,3 |
686,5 |
79,8 |
11,6% |
Ticarət; nəqliyyat vasitələrinin təmiri |
575,2 |
536,4 |
38,8 |
7,2% |
Maliyyə və sığorta fəaliyyəti |
2 070,8 |
1 937,3 |
133,5 |
6,9% |
Mədənçıxarma sənayesi |
3 284,5 |
3 088,2 |
196,3 |
6,4% |
Ölkə üzrə cəmi |
839,4 |
732,1 |
107,3 |
14,7 |