2026-cı ilin yanvar ayında Azərbaycanda əsas kapitala 1 milyard 406 milyon manat məbləğində investisiya yönəldilib.
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 76 %-ə yaxın artıb
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə hesabatına istinadən xəbər verir ki, bu, əvvəlki ilin yanvarı ilə müqayisədə 619 milyon manat, və ya 76% artım deməkdir. Xatırladaq ki, keçən ilin yanvarında iqtisadiyyata yatırımlar 787 milyon manat olmuşdu.
Yanvarda ölkəyə yatırılan vəsaitlərin investisiyaların böyük hissəsi daxili mənbələr hesabına olub - 1 milyard 4 milyon manat, bu illik müqayisədə 530,2 milyon manat (2,1 dəfə) çoxdur. Xatırladaq ki, 2025-in yanvarında ölkəyə daxili mənbələr hesabına 474 milyon manat yatırılmışdı.
2026-ci ilin ilk ayında ölkə iqtisadiyyatına yatırılan xarici investisiyaların məbləği 402 milyon manata yüksəlib. Bu əvvəlki ildən 89 milyon manat və ya 28% artıqdır.
Məbləğlərin dəyişməsi nəticəsində 2026-cı ilin yanvarında ölkə üzrə investisiyalarda xarici mənbələrin payı 40%-dən 29%-ə enib. Belə ki, hazırda sərmayənin 71%-i yerli, 29%-i xarici investisiyanın payına düşüb.
Ötən il isə bu nisbət 60% yerli və 40% xarici mənbə idi.










