Ölkədə açıq zibilxanalar ləğv ediləcək, bərk məişət tullantılarının idarə edilməsi xidmətlərinə görə yeni tariflər müəyyənləşəcək.
ELƏCƏ DƏ BAX: Niyə dərmanların tərkibi eyni, qiyməti fərqlidir? - ARAŞDIRMA
FED.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin sərəncamı ilə bu gün təsdiqlənən “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya”da əksini tapıb.
Sənəddə qeyd edilib ki, çeşidlənib yeni məhsul əldə edilməsi xərc baxımından sərfəli olmayan və yeni ehtiyatların bərpasına sərf edilə bilməyən bütün tullantıların təhlükəsiz və səmərəli zərərsizləşdirilməsi təmin ediləcək, mənfi təsirləri azaltmaq məqsədilə ekoloji tələblərə cavab verməyən açıq zibilxanalar tədricən ləğv ediləcək.
Eyni zamanda bərk məişət tullantılarının idarə edilməsi xidmətlərinə görə tariflər təkmilləşdiriləcək. Tarif (Qiymət) Şurası bu il sahə üzrə səmərəliliyin artırılması məqsədilə mərhələli şəkildə yeni tariflərin tətbiq edilməsini təmin etməlidir.
Zibil puluna yenidən baxılacaq - TAPŞIRIQ
19:51
1 Noy 2018