Yol-nəqliyyat hadisələrinə səbəb olan əsas amillərdən biri də yüksək sürətdir. Belə hadislərin qarşısının alınması üçün yollarda quraşdırılan sürətölçən radar və digər elektron cihazlar həm də profilaktik rola malikdir. Sürücülər radara düşməmək, cərimə olunmamaq üçün sürət həddini aşmamağa çalışırlar.
ELƏCƏ DƏ BAX : 250 ailə üçün pulsuz meyvə bağı salınacaq – YENİ LAYİHƏ
Sürücülər bildiriblər ki, Ələt-Atara yolunun Biləsuvar rayonundan Astaraya qədər olan hissəsində radar cihazları quraşdırılmayıb. Bu isə sürücülərin yüksək sürətlə hərəkət etməsinə səbəb olur ki, nəticədə həm avtomobillər, həm də piyadalar üçün təhlükəli vəziyyət yaranır.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev "Report"a bildirib ki, yol polisi əməkdaşları tərəfindən hərəkət iştirakçılarının təhlükəsizliyinə daim diqqət yetirilir və lazımı tədbirlər həyata keçirilir.
"Zərurət olan yerlərdə yollar xüsusi texnika vasitəsilə təchiz ediləcək" - deyə R.Quliyev bildirib.