Ali məktəbdən yeni məzun olmusunuz və heç bir iş təcrübəniz yoxdur? Və ya tələbəsiniz? Nə edəcəyinizi bilmirsiniz amma artıq ailənizə yük olmadan ən azından öz kiçik xərclərinizi də qarşılamaq istəyirsiniz. Bəlkə də hədəfiniz daha çox gəlir əldə edib öz şəraitinizi qurmaqdır.Bu məqalədə fərqli pul qazanma üsullarından bəhs edib, hamısıyla əlaqədar da necə hərəkətə keçə biləcəyiniz mövzusunda faydası olacağını düşündüyüm “pul qazanma üsulları” haqqında ətraflı məqalə hazırladım. Ümid edirəm ki, hədəflərinizə çatmaqda faydası olar J
Fiverr.com, freelancer.com kimi vebsaytlar vasitəsi ilə freelance iş elanlarını izləyərək, bacarıqlı olduğunuz sahələrdə iş görmək sizin üçün ciddi şəkildə gəlir qaynağı olmaqla yanaşı, full-time iş olmadığından dərslərinizə də vaxt ayırmağınıza imkan verəcək.
Məqalə yazarlığı
Məqalə yazıçılığı: Bəzi saytlar üçün məzmun (kontent) yaratmaq və yazılar yazmaqla çox böyük gəlir olmasa da müəyyən qədər gəlir əldə edə bilərsiniz. Əgər yaradıcılığınıza, qələminizə güvənirsinizsə, bir çox saytlar üçün müxtəlif mövzularda məzmun yarada bilərsiniz.
İstifadə etmədiyiniz əşyaları satmaq
İstifadə etmədiyiniz, alıb işlətmədiyiniz və bir küncdə sizi gözləyən əşyalarınızın satışını etmək son zamanlarda xüsusilə də bunun üçün yaradılan mobil tətbiqlər və saytlar vasitəsi ilə çox asanlaşdı. Hətta xaricdə ikinci əl mağaza və “vintage” butiklərdən aldıqları əşyaları düzəldib, təmizləyərək internet vasitəsi ilə yenidən sataraq pul qazanan insanlar var. Əşyalarınızı satmaq üçün istifadə edə biləcəyiniz saytlara nümunə olaraq Lalafo.az , tap.az göstərə bilərəm.
Fərdi dərs demək
Fərdi dərs demək də xüsusilə tələbələrin tez-tez müraciət etdiyi bir üsuldur.Təhsil aldığınız sahə yada ən yaxşı bildiyiniz fənn hansıdırsa, həmin mövzudan dərs deyə bilərsiniz. Məsələn; Riyaziyyatı çox yaxşı bilir və yaxşı başa sala bilirsinizsə, fərdi dərs deyib çox məqbul pullar qazana bilərsiniz. Bu, bir kompüter proqramı və ya gitara öyrətmək də ola bilər, yaxşı olduğunuz sahə hər nədirsə.
Qeyri-hökumət təşkilatlarında işləmək
Böyük şəhərlərdə yaşayanlar yəqin ki, şəhərin izdihamlı nöqtələrində anket götürən və ya broşura paylayan gənclərlə qarşılaşıblar. Ümumiyyətlə, tələbələr bu iş üçün fondlara könüllü müraciət edirlər. Məsələn, qəzet satırsınızsa, siz satdığınız qəzet sayından asılı olaraq qazanc əldə edirsiniz. Həm pul qazanmaq, həm də ünsiyyətinizi artırmaq üçün faydalı bir seçimdir.
Dog walking; it gəzdirmə işi
Xüsusilə Bakıda yaşayan və heyvanları sevənlər üçün bir təklifim var. Hətta bu sayədə çox böyük miqdarda olmasa da pul qazanmağınız da mümkündür. İti olan və gəzməyə çıxara bilməyənlər, müəyyən ödənişlərlə bu işi başqalarına havalə edirlər. Siz də pul qazanmaq üçün vaxtı olmayan adamların itləriylə gəzməyə çıxa bilər, parkda vaxt keçirə bilərsiniz. Bunu, müxtəlif elan saytlarını izləməklə tapa bilər, hətta özünüz həmin saytlarda elan hazırlayıb, yerləşdirə bilərsiniz.
Barista; ofisiantlıq işləri
Part - time şəkildə kafelərdə, qəhvə dükanlarında və ya əyləncə məkanlarında işləmək də ən çox müraciət edilən işlərdən biridir. Ümumi olaraq, gənclərin müraciət etdiyi bu növ müəssisələr, təcrübə tələb etmirlər və qısa bir təlimdən sonra işçiləri işə qəbul edirlər. Universitetdə dərs saatlarınıza uyğun günlərdə, məsələn, baristalıq (kofe hazırlayan) edə bilər, həm insanlarla ünsiyyətinizi artırıb həm də pul qazana bilərsiniz. Bu işləri tapmaq üçün də həmin məkanların sosial media hesablarında və ya şüşələrinə asdıqları ''Bizimlə çalışmaq istəyirsinizmi?'' bənzəri elanları izləməlisiniz. Zəncirvari kofe mağazalarına misal olaraq starbucks, gloria jeans və şəhərimizdə artmaqda davam edən bir çox oxşar dükanlar vardır.
Tədbirlərdə işləmək
Tələbələr üçün həm əyləncəli bir iş mühiti, həm də pul qazanma üsulu olaraq konsertlərdə, festivallarda və müxtəlif tədbirlərdə çalışa bilərsiniz. Konsertlərdə bilet nəzarətçisi ola bilər ya da fəaliyyət sahələrindəki yemək stendlərində işləyə bilərsiniz. Bu iş növləri üçün də bir çox elan saytlarını izləməyiniz kifayətdir.