Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Bakıda keçirilən bayram şənliklərində rekord miqdarda insan iştirak edib. Yeni il gecəsi yüz minlərlə, bəzi hesablamalara görə isə, milyona yaxın insan Bakı şəhərinin mərkəzinə toplaşıb.
Azərbaycanda 2000 xarici və yerli turist - YENİ İLİ BU ŞƏHƏRDƏ QARŞILAYIB
Bu barədə FED.az-a Başı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Əvvəlki illərdən fərqli olaraq, builki şənliklərdə paytaxtımızda daha çox qonaq qeydə alınıb. İnsanlar Bakıda Yeni ili qeyd etmək üçün Azərbaycanın müxtəlif rayonlarından, eləcə də bir çox xarici ölkələrdən gəliblər.
Keçrilən bayram tədbirlərinin kulminasiyasi Dənizkənarı Milli Parkın ərazisində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edilmiş atəşfəşanlıq oldu ki, rekord sayda sakin və şəhərimizin qonaqları bura gələrək onu sevinc və fərəh hissləri ilə izləyiblər.
"Şənliklərə qatılanların mədəni davranışları, hüquq-mühafizə orqanlarının, müxtəlif xidmət sahələrində çalışanların peşəkar fəaliyyəti sayəsində bayram günü hər hansı xoşagəlməz hal baş verməyib. Bayram tədbirlərinin yüksək səviyyədə təşkili işinə çoxlu sayda insan böyük əmək sərf edib. Şəhərin kommunal-təsərrüfat xidmətlətinin işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, nəqliyyatçılar və bir sıra xidmət sahələrinin işçiləri gücləndirilmiş rejimdə çalışıb. Bayram günlərində paytaxtda təmizlik tədbirlərinin görülməsi, asayişin təminatı, qonaqların mənzil başına çatdırılması böyük əmək tələb edirdi.
Bütün gecəni xüsusi rejimdə çalışan kommunal-təsərrüfat sahələri işçilərinin fədakar əməyi nəticəsində artıq yanvarın 1-i saat 06:00-da şəhərin park, meydan və küçələrində tam təmizlik hökm sürürdü"-deyə məlumatda bildirilir.