2024-cü ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində 1 milyard 474,6 milyon manatlıq siqaret və içki məhsulları satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-iyul aylarına nisbətən 0,4% çoxdur.
Bu ilin 7 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 4,6% faizi ərzaq məhsullarının alınmasına sərf olunub.
Təkcə iyul ayında siqaret və içkiyə xərclənən vəsaitin məbləği isə 215 milyon manat təşkil edib.