2022-2025-ci illər ərzində əhalinin gəlirlərinin orta illik real artım tempi 4 faiz ətrafında proqnozlaşdırılır.
Eləcə də bax: Əmək qabiliyyətli əhali üçün yaşayış minimumu - 220 MANATA ÇATDIRILIR
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu, "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Sənəddə qeyd edilib ki, buna orta müddətli dövrdə qeyri-neft sektorunun inkişafı, işğaldan azad edilmiş ərazilərdə iqtisadi həyatın bərpası, özəl sektorda yeni iş yerlərinin yaradılması, əmək bazarının kölgədən çıxarılması siyasətinin davam etdirilməsi nəticəsində nail olunacaq.