Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanunların tətbiqi barədə sərəncam imzalayıb.
ELƏCƏ DƏ BAX: Sosial sığorta haqları belə olacaq - MƏBLƏĞLƏR
FED.az-ın məlumatına görə, 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilib.
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində təsdiq edilib.
Hər iki qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.
Yaşayış minimumu və ehtiyac meyarının məbləğləri – ARTIRILDI
19:59
21 Dek 2018