ASAN Xidmətdə ölkəmizdə ilk dəfə “YAŞAT” Fondunun yaradılması ilə bağlı onlayn mətbuat konfransı keçirilib.
FED.az xatırladır ki, “YAŞAT” Fondu prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə Qarabağda yaralananların və şəhid ailələrinin təminatına dəstək üçün yaradılıb.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Fondun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası haqqında danışıb.
Fondun vəsaitinin sərəncamçısı ASAN Xidmət müəyyən edilib.
Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti isə Azərbaycan prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir.
Diqqətə çatdırılıb ki, müvafiq vəsait Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılacaq.
Fərmana əsasən Fondun vəsaitlərinin idarə olunması ilə bağlı elektron hesabatlılıq, habelə daxil olan və xərclənən vəsaitin məbləği və istiqamətləri ilə bağlı məlumatların rəsmi internet səhifəsində yerləşdirilməsi və daim yenilənməsi təmin ediləcək.
Vurğulanıb ki, Fond vasitəsilə həyata keçirilən tədbirlərə könüllülər də cəlb ediləcəklər.
“YAŞAT” Fondunun bank rekvizitləri:
Azərbaycan Respublikası daxilində ianələr üçün
Manat hesabı: AZ76IBAZ38090019447968925204
Xaricdən göndərilən ianələr üçün:
USD hesabı: AZ66IBAZ38190018407968925204
EURO hesabı: AZ46IBAZ38190019787968925204
Rubl hesabı: AZ83IBAZ38190018107968925204