Hakim Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib ki, hazırda partiyanın sıralarında 800 minə yaxın insan var.
"YAP ötən 29 il ərzində şərəfli və nümunəvi yol keçib, ümumxalq partiyasına çevrilib. Cənubi Qafqazın ən böyük partiyası olan YAP bu gün inkişaf edir", - o vurğulayıb.