Banner

Sosial

Yanvarın ən məşhur universitetləri – SİYAHI

Yanvarın ən məşhur universitetləri – SİYAHI | FED.az
17:52 4 Fev 2018

Azərbaycanda yanvar ayında adı mediada ən çox hallanan universitetlərin adları açıqlanıb. FED.az «Media Consulting and Services» şirkətinə istinadən xəbər verir ki, ötən ay bütün mediada (TV, radio, saytlar qəzetlər və s.) universitetlər haqqında 12 148 məlumat yayılıb.
Bütün sektorlarda olduğu kimi, Universitetlər mövzusunda da cari hesabat dövründə məlumatlar az dərc olunub. Belə ki, ötən ay bu mövzuda dərc olunan məlumatların ümumi sayı 15174 ədəd təşkil etmişdi. Qeyd edək ki, hazırda 22 universitet və ya ali məktəbin ölkə mediasında yer alan məlumatlarının statistikasını aparırıq.
Haqqında ən çox danışılan ali məktəb Bakı Dövlət Universiteti (BDU) olub. Bu universitet haqqında məbuatda 1 491 məlumat yayılıb. Sonrakı yerləri ölkədə sürətlə popurlyarlaşan İqtisadi Universiteti (UNEC) (1127 məlumat) və Bakı Ali Neft Məktəbi (BANM) tutur.

Digər xəbərlər

Banner