İlkin məlumatlara görə, 2025-ci ilin yanvar ayında ölkə əhalisinin nominal gəlirləri 5 milyard 967,8 milyon manat olub.
Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir.
Bu əvvəlki ilin yanvar ayı ilə müqayisədə 6,2 faiz çoxdur.
Hər nəfərə orta hesabla düşən məbləğ isə 583,6 manat olub.
Əhalinin sərəncamında qalan gəlirləri 5 milyard 108,7 milyon manat təşkil edib.