2026-cı ilin yanvar ayında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 7,6 faiz artaraq 1 milyard 264,1 milyon manat olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Statistika Komitəsi-nə istinadən xəbər verir.
Hesabat dövründə hüquqi şəxslər tərəfindən əhaliyə 954,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,5 faizini təşkil edib.
2026-cı ilin yanvar ayında ölkə üzrə hər bir sakinə orta hesabla 123,2 manatlıq ödənişli xidmət düşüb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 14,4 manat çoxdur.
Regionlar üzrə isə 2025-ci ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki illə müqayisədə Bakı şəhəri üzrə 10,3 faiz, Abşeron-Xızı iqtisadi rayonu üzrə 9,9 faiz, Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə 8,4 faiz, Şirvan-Salyan iqtisadi rayonu üzrə 8,1 faiz, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 8,0 faiz, Qazax-Tovuz iqtisadi rayonu üzrə 7,5 faiz, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 7,2 faiz, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 5,8 faiz, Mərkəzi Aran iqtisadi rayonu üzrə 5,5 faiz, Lənkəran-Astara iqtisadi rayonu üzrə 5,3 faiz, Qarabağ iqtisadi rayonu üzrə 3,1 faiz, Mil-Muğan iqtisadi rayonu üzrə 1,8 faiz, Naxçıvan Muxtar Respublikası üzrə isə 0,3 faiz artıb.











