Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov vəzifəsindən azad edilib.
FED.az xəbər verir ki, onun vəzifədən azad edilməsi ilə bağlı əmr səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən aprelin 17-də verilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumatı təsdiqləyib.
O bildirib ki, Respublika Narkoloji Mərkəzinin direktor vəzifəsinin icrası direktorun təşkilatı metodik işlər üzrə müavini Aytən Rəşid qızı Səmədovaya həvalə edilib.
Xatırladaq ki, martın 2-də Respublika Narkoloji Mərkəzində yanğın baş vermişdi. Yanğın nəticəsində 25 nəfər dünyasını dəyişmişdi.