ABŞ-ın Men ştatında naməlum şəxs yanacaqdoldurma məntəqəsində bilet almaqla lotereyada 1,3 milyard dollar udub.
FED.az xəbər verir ki, bu barədə lotereyanın təşkilatçı şirkəti «Mega Millions» məlumat yayıb.
«Növbəti dəfə ayın 13, cümə günü «Mega Millions» üçün xoşbəxt gün oldu. Men ştatından olan lotereya sahibi oyundakı 6 rəqəmin uyğun gəldiyi yeganə biletin sahibidir»-deyə şirkət elan edib.
Uduşun dəqiq məbləği 1 milyard 348 milyon dollardır. Amma ABŞ-da qüvvədə olan qaydalara əsasən, cekpotun qalibi uduşu dərhal almaq istəsə cəmi 723 milyon dollar alacaq. Tam məbləğ almaq üçün varinat – onu hissələrlə 30 ilə almaqdır.