Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi elan edib.
Eləcə də bax: Medianın İnkişafı Agentliyi qəzetlər üçün - Dəstək Layihəsi Elan Edib
FED.az xəbər verir ki, müsabiqəyə ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri (veb-saytlar) müraciət edə bilərlər.
İctimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri (veb-saytlar) arasında müsabiqə ayrı-ayrılıqda keçirilir.
Müsabiqədə iştirak üçün:
– onlayn media subyektinin (veb-saytın) işçilərinin əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdikləri yer (ofis sahəsi) olmalıdır;
– öz əmək funksiyasını səmərəli və faydalı yerinə yetirməsi üçün onlayn media subyektinin (veb-saytın) işçilərinin əmək şəraiti minimum tələblərə (kompüter, ofis ləvazimatları və s.) cavab verməlidir;
– onlayn media subyekti (veb-sayt) yenidən təşkil, müflis olma, ləğv edilmə prosesində olmamalıdır;
– təsisçisi xarici dövlətlərin hüquqi və fiziki şəxsləri olmamalıdır;
– təsisçisi dövlət orqanları, bələdiyyələr, dini qurumlar və dini icmalar olmamalıdır;
– bir nəfər baş redaktor, bir nəfər müxbir, bir nəfər texniki işçi olmaqla ən azı üç nəfərdən ibarət heyəti olmalıdır;
– hər ay 20 (iyirmi) gün ərzində gündəlik ən azı 20 (iyirmi) kütləvi informasiya dərc etməlidir (dövlət orqanları (qurumları) tərəfindən yayılan rəsmi məlumatlar (press-relizlər) və informasiya agentliklərinin informasiyaları istisna olmaqla).
Müsabiqə ilə bağlı ətraflı məlumatı bu linkdən əldə edə bilərsiz.