Azərbaycanda dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.
FED.az xəbər verir ki, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadəimzalayıb.
Qərara əsasən, Nazirlər Kabinetinin “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarında dəyişiklik edilib.
Dəyişikliklə dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən aşağıdakı məbləğlərdə müəyyən edilib:
Sıra №-si | Aylıq vəzifə maaşının məbləği (manatla) | |
1. | Ali kateqoriya dövlət orqanlarında | 195 |
2. | 1-ci kateqoriya dövlət orqanlarında | 185 |
3. | 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında | 175 |
4. | 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında | 145 |
Əvvəlki cədvəl isə belə idi:
Aylıq vəzifə maaşının məbləği(manatla) | |
Ali kateqoriya dövlət orqanlarında | 175 |
1-ci kateqoriya dövlət orqanlarında | 165 |
2-ci və 3-cü kateqoriya dövlət orqanlarında | 155 |
4-cü və 5-ci kateqoriya dövlət orqanlarında | 130 |
Qərar 2018-ci il martın 1-dən qüvvəyə minib.