FED.az xəbər verir ki, Veysəloğlu Şirkətlər Qrupu işçi axtarır.
Vəzifə: İnsan Resursları Biznes Tərəfdaş
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1-3 il
Təhsil: Ali təhsil (MBA təhsili üstünlükdür)
Yaş həddi: 23-35 yaş
İşin təsviri: İşə qəbul və işəgötürən-işçi münasibətlərinin tənzimlənməsi.
Vəzifə öhdəlikləri:
- İşçi ehtiyaclarının araşdırılmasında və təsdiqi prosesində iştirak etmək;
- Ümumilikdə işə qəbul və yerləşdirmə işinin (vakansiyalar üzrə namizədlərin tapılması, müsahibələrin aparılması, namizəd haqqında struktur rəhbəri ilə birgə işə qəbul barədə qərar vermək) təşkil olunması;
- Müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi;
- Şirkətin işə qəbul və yerləşdirmə müddətində lazımı proseslərə nəzarət edilməsi;
- İşə qəbul hesabatlarının hazırlanması;
- İşəgötürən-işçi münasibətlərinin tənzimlənməsində iştirak etmək.
Tələblər:
- İşə qəbul müsahibələrinin aparılması bacarığı;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
- Performansın idarəedilməsi sahəsində biliklər;
- İş və iş yükü analizlərinin aparılması barədə məlumatlı olmaq;
- MS Office kompüter proqramlarından istifadə etmək bacarığı.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük, 08:00-17:00 və ya 09:00-18:00
Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “İnsan Resursları Biznes Tərəfdaş” yazıb göndərməklə və ya aşağıdakı linkə daxil olub şəxsi kabinet yaradaraq müraciət edə bilərsiniz. https://hr.veyseloglu.az/vacancy/