FED.az xəbər verir ki, Veysəloğlu Şirkətlər Qrupu işçi axtarır
Vəzifənin adı: Maddi vəsaitlər üzrə mütəxəssis
İş yeri: Bakı
İş təcrübəsi: İş təcrübəsinin olması üstünlükdür (təcrübəsi olmayan namizədlər müraciət edə bilərlər)
Təhsil: Ali
İxtisas Bilikləri və Bacarıqlar:
- Mühasibatlıq, iqtisadiyyat üzrə anlayışlar üstünlükdür
- Rus dili (orta), İngilis (orta)
- Şəxsi avtomobil tələb edilir
Kompyuter Bilikləri:
- MS Excel proqramı bilməli
VƏZİFƏ FUNKSİYALARI:
- Yeni alınmış vəsaitləri sistemə daxil etmək və hər bir vəsaitə müvafiq kod təyin etmək
- "Alınmış əsas vəsaitlər üçün istismar müddəti və amortizasiya faizini qəbul olunmuş standartlara əsasən təyin etmək,
vəsaitlər haqqında məlumatları sistemə daxil etmək"
- "Əsas vəsaitlərin cari (3 aydan bir), illik (il sonu) və növbədənkənar inventarizasiyasını aparmaq və vəsaitlərdən məsul
şəxslərə akt şəklində təhvil vermək"
- Əsas vəsaitləri onların sistemdəki koduna uyğun olaraq barkodlamaq
- Təchizatçıların birbaşa filiallara aldığı maddi vəsaitlərə görə təqdim etdiyi sənədlərə əsasən sistemə daxil etmək və bu zaman sənədlərin doğruluğunu və tamlığını yoxlamaq, uyğunsuzluqlar aşkar etdiyi hallarda təchizatçıya düzəlişlər edilməsi üçün geri qaytarmaq
- Yeni icarəyə götürülən məkanları sahibkarla təhvil-təslim etmək
- İnventarizasiya aktında müvafiq qeydlər apardıqdan sonra aktı aparıcı mütəxəssisə təqdim etmək
- Maddi vəsaitlər deposuna getmədən birbaşa mağazalarda quraşdırılan əsas vəsaitlərin təhvil-təslimində iştirak etmək və yerində barkodlaşdırmaq
- Bağlanan mağazaların sistem üzrə stokunun sıfırlanmasını icra etmək, əsas vəsait qalıqlarını müvafiq struktura yönləndirmək
- Ehtiyac olduqda regionlara ezamiyyətə gedərək vəzifə funksiyalarını icra etmək
- Bağlanmış mağazaların sahibkara geri təhvil vermək, kənarlaşmalar olduqda bu barədə aparıcı mütəxəssisə məlumat vermək
- Alış sənədlərini, aylıq anbar qalıqları sənədlərini və illik inventarizasiya nəticələrini mühasibatlıq şöbəsinə təqdim etmək
- Dəftərxana, promosyon, təsərrüfat, vitrin və əsas vəsait anbarında aylıq sayımlar həyata keçirmək, nəticələri barədə birbaşa rəhbərinə və mühasibatlıq şöbəsinə məlumat vermək
- İstifadəsiz vəsaitlər barədə aylıq olaraq aparıcı mütəxəssisə məlumat vermək
İş qrafiki: 5 günlük
Yaş həddi: 22 - 32
Digər təminatlar: Avtomobilin yanacaq ödənişi və nahar şirkət tərəfindən qarşılanır
Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində "Maddi vəsaitlər üzrə mütəxəssis" qeyd edilməsi xahiş olunur.