Veysəloğlu Şirkətlər Qrupu
Vəzifə: Karyera Mərkəzi üzrə Aparıcı mütəxəssis
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
Təhsil: Ali təhsil
İşin Təsviri:
Şirkət əməkdaşlarının performansının ölçülməsi və idarəedilməsi, iş səmərəliliyinin artırılması və şirkət daxilində istedadların idarə olunması yönündə işlərin görülməsi.
Vəzifə öhdəlikləri:
- Müəssisə əməkdaşlarının fərdi inkişaf planlarının həyata keçirilməsi məqsədi ilə “İş Fəaliyyətinin Qiymətləndirilməsi” sisteminin təşkil edilməsi;
- Müəssisənin məqsədlərinə nail olmaq üçün təlim və təşkilati inkişaf səylərini əlaqələndirmək məqsədilə proqramların tərtib edilməsi;
- Əməkdaşların şirkətə bağlılığı proses və prosedurlarının hazırlanmasında və tətbiqində iştirak edilməsi;
- “İstedadlar hovuzu” bazasının yaradılması;
- Müəssisənin əməkdaşlarının uğurlu və uğursuz fəaliyyət nəticələrinin eletkron məlumat bazasının yaradılması;
- Müəyyən edilmiş ehtiyaclar əsasında illik karyera planının hazırlanması və həyata keçirilməsinə köməklik göstərilməsi;
- Performansın İdarəedilməsi Sisteminin tətbiqi;
- Sistem Təkmilləşdirmə və Təlim Mərkəzinin fəaliyyəti çərçivəsində tapşırılmış işlərin icra edilməsi;
- Vəzifə təlimatlarına uyğun olaraq əməkdaşların iş fəaliyyətinin qiymətləndirilməsində iştirak edilməsi;
- Qiymətləndirmə nəticələrinə əsasən təlim ehtiyaclarının ortaya çıxarılmasında iştirak edilməsi;
- Təlim Mərkəzinin və Sistem Təkmilləşdirmə Şöbəsinin fəaliyyəti çərçivəsində qarşılıqlı əməkdaşlıq edilməsi;
- Beynəlxalq əmək bazarında baş verən trendlər, yeniliklər və innovasiyalar barədə araşdırma aparılması;
- Rəhbərlik tərəfindən vəzifə öhdəliyi ilə əlaqədar verilən digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- Planlama qabiliyyəti;
- Yüksək təşkilatçılıq bacarığı;
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: CV-ni [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Karyera Mərkəzi üzrə Aparıcı mütəxəssis” yazıb göndərməklə müraciət edilir.