Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində qəbul Qaydalarına uyğun olaraq Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev vətəndaşların növbəti qəbulunu həyata keçirib.
FED.az xəbər verir ki, qəbulda müraciətlər əsasən işlə təmin edilmə ilə bağlı olub. Həmçinin müxtəlif ideya və təkliflər dinlənilib.
Eləcə də bax: Nazirlik 250-520 manat maaşlar ilə 200-dən çox - İŞÇİ AXTARIR
Müvafiq müraciətlər cavablandırılıb, həll edilməsi araşdırma tələb edən məsələlər ilə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.