“Prezidentin tapşırığı ilə son bir ayda 4 min 500 şəhid ailəsi və qazi qayğı ilə əhatə olunub, evlər və avtomobillər verilib”.
Eləcə də bax: Şəhid ailələri üzvlərindən 1300-dək şəxsə pensiya, müavinət və təqaüd - Təyin Olunub
FED.az xəbər verir ki, bunu bu gün Milli Məclisin plenar iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
S. Babayev qeyd edib ki, Vətən müharibəsi ilə bağlı artıq 1500 şəhid ailəsi və əlil pensiya və müavinətlərlə təmin olunub: “2019-cu illə müqayisədə 2020-ci ildə pensiyaya 700 milyon manat, müavinətlərə 300 milyon manat çox vəsait ayrılıb”. (Apa)