Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödənişin məbləği 20 manat təşkil edir.
Eləcə də bax: Jurnalistlər güzəştli ipotekadan - Nə Vaxt Yararlanacaq?
FED.az xəbər verir ki, bu, "Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə" Qaydasında öz əksini tapıb.
Bildirilib ki, vəsait jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə Agentliyin bank hesabına edilən ödənişlər hesabına formalaşdırılır.
Növbəti il üçün Agentliyin əldə edəcəyi vəsait üzrə gəlir və xərclər smetası hər il dekabr ayının 20-dən gec olmayaraq Agentliyin İcraçı direktoru tərəfindən təsdiq edilir. Vəsaitin bu Qaydaya uyğun olaraq istifadəsinə nəzarəti Agentlik həyata keçirir. (Apa)