Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Sosial

  1. Ana səhifə
  2. Sosial
  1. Sosial

Uşaqların tərbiyəsini qorumaq üçün - YENİ QANUN

Uşaqların tərbiyəsini qorumaq üçün - YENİ QANUN | FED.az
17:21 21 Noy 2018

Azərbaycan Prezidenti İlham Əliyev“Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunu imzalayıb.

FED.az xəbər verir ki, qanunla uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın növləri müəyyənləşib.

Qanun 2020-ci ilin yanvarın 1-də qüvvəyə minəcək.

Qanunun 4-cü (Uşaqlar üçün zərərli informasiyanın növləri) maddəsinə əsasən, uşaqlar üçün zərərli informasiyaya bunlar aiddir:

4.1.1. Bu Qanunun 4.2-ci maddəsinə uyğun olaraq uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya,

4.1.2. Bu Qanunun 4.3-ci maddəsinə uyğun olaraq müəyyən yaş qrupuna aid olan uşaqlar arasında

dövriyyəsi məhdudlaşdırılan informasiya (dövriyyəsi məhdudlaşdırılmış yaş qrupuna münasibətdə).

4.2. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya aiddir:

4.2.1. zorakılığı və qəddarlığı təbliğ edən informasiya,

4.2.2. cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən informasiya;

4.2.3. uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən informasiya,

4.2.4. ailə institutunu nüfuzdan salan informasiya,

4.2.5. əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya,

4.2.6. pornoqrafik xarakterli informasiya,

4.3. Müəyyən yaş qrupuna aid uşaqlar arasında yayılması məhdudlaşdırılan informasiyaya aiddir:

4.3.1. zorakılığı və qəddarlığı nümayiş edən informasiya,

4.3.2. qeyri-məişət leksik (jarqon) məzmunlu informasiya,

4.3.3. qorxu məzmunlu informasiya,

4.3.4. Erotik məzmunlu informasiya.

Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılmasına yol verilmir.

Uşaqlar arasında yayılması qadağan edilən və ya məhdudlaşdırılan informasiyanın istehsalçısı və yayıcısı bu Qanunda müəyyən müəyyən edilmiş qaydalara riayət etməyə borcludur.

Qanunun 12-ci (Uşaqlar üçün qadağan olunan informasiya məhsullarının dövriyyəsinə dair əlavə tələblər) maddəsinə əsasən, məhdud şəxslər dairəsində yayılması nəzərdə tutulan mətbu nəşrin birinci və sonuncu səhifəsində, çap məhsulunun və digər poliqrafik məhsulun üz və arxa qabığında uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın əks olunmasına yol verilmir. Əks halda həmin informasiya məhsulunun yayılmasına yalnız bağlı qablaşdırmada yol verilir. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət, istirahət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrin sərhəddindən 150 metrdən az olan məsafədə yayılmasına yol verilmir.

Sənəddə teleradio yayımı vasitəsilə yayımlanan informasiya məhsuluna aid tələblər də müəyyən olunub.

Qanunun 9-cu (Teleradio yayımı vasitəsilə yayımlanan informasiya məhsuluna aid tələblər) maddəsinə əsasən, teleradio yayımı vasitəsilə yayımlanan “Universal”, “6-”, “6+”, və “12+” yaş kateqoriyalarına aid informasiya məhsullarının yayımlanmasına vaxt məhdudiyyəti qoyulmur.

Xüsusi dekoderlər vasitəsilə ödənişli əsasda həyata keçirilən informasiya məhsullarının telekanallarda yayımı istisna olmaqla, aşağıdakı informasiya məhsullarının yayımına məhdudiyyət qoyulur:

1. Bu Qanunun 4.3.3-cü (Müəyyən yaş qrupuna aid uşaqlar arasında yayılması məhdudlaşdırılan informasiyaya aiddir: Zorakılığı və qəddarlığı nümayiş edən informasiya, qeyri-məişət leksik (jarqon) məzmunlu informasiya, qorxu məzmunlu informasiya, erotik məzmunlu informasiya) maddəsində nəzərdə tutulan “16+” yaş kateqoriyasına aid informasiya məhsulları – yerli vaxtla saat 7-dən saat 21-dək,

2. Bu Qanunun 4.2 (Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya aiddir: Zorakılığı və qəddarlığı təbliğ edən informasiya, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən informasiya, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən informasiya, ailə institutunu nüfuzdan salan informasiya, əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya, pornoqrafik xarakterli informasiya) və 4.3.4-cü (erotik məzmunlu informasiya) maddələrində nəzərdə tutulan, müvafiq olaraq “18+” və “16+” yaş kateqoriyalarına aid informasiya məhsulları – yerli vaxtla saat 6-dan saat 23-dək.

“18+” yaş kateqoriyasına aid informasiya məhsulu teleradio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlıq televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilir.

Bundan başqa, qanun layihəsində Azərbaycanda informasiya məhsulunun yaş təsnifatı əksini tapıb.

Qanunun 5-ci (informasiya məhsulunun yaş təsnifatı) maddəsinə əsasən, uşaqlar üçün nəzərdə tutulmuş informasiya məhsullarının yaş təsnifatı aparılır.

İnformasiya məhsullarının yaş kateqoriyasına uyğun təsnifatı müxtəlif yaş qrupuna aid olan uşaqların normaya uyğun psixi inkişafının xüsusiyyətləri nəzərə alınaraq aşağıdakı kimi aparılır:

1. “universal” – istənilən yaş qrupları üzrə dövriyyəsinə məhdudiyyət qoyulmur,

2. “6 yaşadək” altı yaşı tamam olmamış uşaqlar arasında dövriyyəsinə yol verilir,

3. “6 yaşdan” – altı yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir,

4. “12 yaşdan” – on iki yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir,

5. “16 yaşdan” – on altı yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir,

6. “18 yaşdan” – uşaqlar arasında dövriyyəsinə yol verilmir.

İnformasiya məhsulunun yaşa görə təsnifatlaşdırılması onun istehsalçıları tərəfindən həmin məhsulun Azərbaycan Respublikasının ərazisində dövriyyəsindən əvvəl müstəqil şəkildə həyata keçirilir. İnformasiya məhsulunun yayıcısı həmin məhsulun müstəqil şəkildə və ya ekspertin iştirakı ilə yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən ölkə ərazisində yaya bilməz.

İnformasiya məhsulunun yaşa görə təsnifatlaşdırılması zamanı aşağıdakılar qiymətləndirilir:

1. informasiya məhsulunun mövzusu, janrı, məzmunu və bədii tərtibatı,

2. informasiyanın müəyyən yaş kateqoriyasına aid uşaqlar tərəfindən mənimsənilməsinin xüsusiyyətləri,

3. informasiyanın uşaqların sağlamlığına və fiziki, psixi, əxlaqi inkişafına zərər vurma ehtimalı.

Təhsil müəssisələrində uşaqların təhsil və tərbiyəsi üçün nəzərdə tutulan informasiya məhsullarının qiymətləndirilməsi bu qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının təhsil haqqında qanunvericiliyinə uyğun aparılır.

Qanunun 6-cı (İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi) maddəsinə əsasən isə “Universal” yaş kateqoriyasına aid informasiya məhsullarına uşaqların sağlamlığına və inkişafına ziyan vurmayan ümumi istifadə üçün nəzərdə tutulmuş informasiya məhsulları aid edilir.

“18 yaşdan” kateqoriyasına bu qanunun 4.2-ci (Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya aiddir: Zorakılığı və qəddarlığı təbliğ edən informasiya, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən informasiya, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən informasiya, ailə institutunu nüfuzdan salan informasiya, əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya, pornoqrafik xarakterli informasiya.) maddəsinə əsasən uşaqlar arasında dövriyyəsi qadağan olunan informasiya məhsulları aiddir.

İnformasiya məhsulu yalnız bir yaş kateqoriyasına aid edilir.

İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qanunun 7-ci (İnformasiya məhsulunun işarələnməsi) maddəsində informasiya məhsulunun necə işarələnməsi əksini tapıb.

İnformasiya məhsulunun işarələnməsi informasiya məhsulunun istehsalçısı və ya yayıcısı tərəfindən məhsulun və onun qablaşdırmasının üzərinə müvafiq yaş kateqoriyasına uyğun aşağıdakı işarələrdən birininaydın şəkildə seçilən təsvirini yerləşdirməklə həyata keçirilir:

1. “6 yaşadək”- “6-” işarəsi çevrədə,

2. “6 yaşdan”- “6+” işarəsi çevrədə,

3. “12 yaşdan”- “12+” işarəsi çevrədə,

4. “16 yaşdan”- “16+” işarəsi çevrədə,

5. “18 yaşdan”- “18+” işarəsi rombda.

Ölkə ərazisində istehsal olunan kompüter və digər elektron oyunların işarələnməsi satışa çıxarılmazdan, istehlakçıya təqdim edilməzdən və ya şəbəkəy yerləşdirilməzdən əvvəl həyata keçirilməlidir.

Aşağıdakılar istisna olmaqla, informasiya məhsulunun işarələnmədən ölkə ərazisində yayılması yolverilməzdir:

1.“Universal” yaş kateqoriyasına aid informasiya məhsulu,

2. təhsil müəssisələrində uşaqların təhsil və tərbiyəsi üçün nəzərdə tutulan informasiya məhsulları,

3. canlı efirdə yayımlanan televiziya verilişlərinin informasiya və əyləncə proqramları,

4. radio vasitəsi ilə yayılan informasiya məhsulları,

5. reklam və reklam xarakterli materiallar,

6. mədəni-kütləvi tədbirlər vasitəsilə yayılan informasiya məhsulları,

7. internet və sellülar (mobil) rabitə şəbəkəsi vasitəsilə yayılan informasiya məhsulları (kino, televiziya və video filmlər (animasiya filmləri də daxil olmaqla), kompüter və digər elektron oyunlar istisna olmaqla),

8. bədii-ədəbi jurnallar və komikslər istisna olmaqla, təsviri incəsənət və bədii ədəbiyyat əsərləri.

İnformasiya məhsulunun mədəni-kütləvi tədbirlər vasitəsilə yayılması, onun aid edildiyi yaş kateqoriyasına dair işarənin tədbirin keçirilməsi barədə afişaların və digər elanların, həmçinin onu ziyarət etmək hüququ verən biletlərin, dəvətnamələrin və digər sənədlərin üzərində yerləşdirmək yolu ilə həyata keçirilir.

Bir neçə hissədən ibarət olan və müxtəlif yaş kateqoriyalarına aid edilən informasiya məhsulunun nümayişi həmin informasiya məhsulunda əks olunan, daha yuxarı yaş kateqoriyasına aid informasiya məhsulunun işarəsi ilə işarələnməklə həyata keçirilir.

Qanunun 8-ci (İnformasiya məhsulunun işarələnməsinin xüsusiyyətləri) maddəsində isə qeyd olunur ki, mətbu nəşrlərin yaş kateqoriyasına görə işarəsi aydın seçilən şəkildə və mətbu nəşrin adının şriftinə uyğunlaşdırılmış qaydadanəşrin birinci və ya titul səhifəsində yerləşdirilir.

İnformasiya məhsulunun yayımçıları televiziya yayımı, kino və video xidmətlərinin göstərilməsi zamanı hər bir informasiya məhsulunun nümayişindən əvvəl xüsusi kadrda (səhifədə) informasiya məhsulunun yaş kateqoriyasına uyğun işarəsinin və yaş məhdudiyyəti barədə xəbərdarlığa dair mətnin yerləşdirilməsini təmin etməyə borcludur.

Audiovizual informasiya məhsulunun yaş kateqoriyasına uyğun uyğun işarəsi onun nümayişindən əvvəl və hər reklam fasiləsindən sonra üç dəqiqə müddətində ekranın künc hissəsində göstərilir.

8.4. İnformasiya məhsulunun yaş kateqoriyasına uyğun işarəsi aşağıda göstərilənlərin beş faizindən az olmayan sahəsini tutmalıdır:

1. Teatrların, kino və video nümayişlərin və digər mədəni-kütləvi tədbirlərin afişalarının və repertuar haqqında digər elanların, o cümlədən giriş biletlərinin, dəvətnamələrin və ziyarət hüququ verən digər sənədlərin,

2. audivizual əsərin, kompüter və ya digər elektron oyunların, kompüter proqramlarının elektron daşıyıcılarının və qablaşdırılmasının.

Banner
  • QANUN
Paylaş

Digər xəbərlər

Paytaxtda əməkhaqqı - 13% ARTIB
Sosial 9 Avq 2022
Paytaxtda əməkhaqqı - 13% ARTIB
Qarabağ üzrə prioritet peşə və ixtisaslar - MÜƏYYƏN EDİLİB
Sosial 5 Avq 2022
Qarabağ üzrə prioritet peşə və ixtisaslar - MÜƏYYƏN EDİLİB
“Məktəbli formalarının istehsalı ilə biz də məşğul olacağıq”- MÜSAHİBƏ
Sosial 3 Avq 2022
“Məktəbli formalarının istehsalı ilə biz də məşğul olacağıq”- MÜSAHİBƏ
Nazir: “Müharibədə əlil olmuş, sonradan sağalmış şəxslərə də birdəfəlik ödəniş verilir”
Sosial 3 Avq 2022
Nazir: “Müharibədə əlil olmuş, sonradan sağalmış şəxslərə də birdəfəlik ödəniş verilir”
Birinci Qarabağ müharibəsi əlillərinə ödənişlər başlandı - MƏBLƏĞLƏR - SİYAHI
Sosial 2 Avq 2022
Birinci Qarabağ müharibəsi əlillərinə ödənişlər başlandı - MƏBLƏĞLƏR - SİYAHI
Dövlət Məşğulluq Agentliyindən yeni layihə - “Gəz, qazan!”
Sosial 28 İyul 2022
Dövlət Məşğulluq Agentliyindən yeni layihə - “Gəz, qazan!”
Ödənişsiz məzuniyyət hüququ hansı hallarda və müddətlərdə - İstifadə Edilə Bilər? - SİYAHI
Sosial 26 İyul 2022
Ödənişsiz məzuniyyət hüququ hansı hallarda və müddətlərdə - İstifadə Edilə Bilər? - SİYAHI
Almaniyada 156 Azərbaycan vətəndaşı barədə deportasiya qərarı - VERİLİB
Sosial 26 İyul 2022
Almaniyada 156 Azərbaycan vətəndaşı barədə deportasiya qərarı - VERİLİB
DSMF-nin gəlirləri 7,3, xərcləri - 5 FAİZ ARTIB
Sosial 22 İyul 2022
DSMF-nin gəlirləri 7,3, xərcləri - 5 FAİZ ARTIB
Nazir: "Pensiyaların orta aylıq məbləği 11 faizədək artıb" - İCLAS
Sosial 22 İyul 2022
Nazir: "Pensiyaların orta aylıq məbləği 11 faizədək artıb" - İCLAS
Prezident Milli Mətbuat Günü münasibətilə Azərbaycanın media nümayəndələrinə - TƏBRİK ÜNVANLAYIB
Sosial 22 İyul 2022
Prezident Milli Mətbuat Günü münasibətilə Azərbaycanın media nümayəndələrinə - TƏBRİK ÜNVANLAYIB
2423 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub - NAZİRLİK
Sosial 13 İyul 2022
2423 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub - NAZİRLİK
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • "Satınalan təşkilatın podratçı tərəfindən nümunələrin təqdim edilməsini tələb etməsi qeyri-qanunidir"
    09:28 11 Avq 2022
  • Neft ucuzlaşıb - SON QİYMƏT
    09:24 11 Avq 2022
  • Rəsmi məzənnələr - AÇIQLANDI
    09:19 11 Avq 2022
  • "Bakı Toxucu" şirkətinə - SƏDR SEÇİLƏCƏK
    09:17 11 Avq 2022
  • Bu ölkələrə səfər etmək - TƏHLÜKƏLİDİR
    09:11 11 Avq 2022
  • “Moody's” SOCAR-ın reytinqini yüksəldib - AGENTLİKDƏN AÇIQLAMA
    09:04 11 Avq 2022
  • Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT
    09:02 11 Avq 2022
  • Dövlət qurumu yanğınsöndürmə avadanlığı alır – MÜSABİQƏ ELANI
    08:40 11 Avq 2022
  • "Bona Dea International Hospital" işçi axtarır - VAKANSİYA
    20:59 10 Avq 2022
  • Bu şirkətlər işçi yığır: əmək haqqı 400-600-800-1000-1200-1500 manat - 22 VAKANSİYA
    20:50 10 Avq 2022
  • "A-Group" sığorta şirkəti işçi axtarır - VAKANSİYA
    20:47 10 Avq 2022
  • "Sabah Group" ASC axtarır - MAAŞ 600-800 AZN - VAKANSİYA
    20:45 10 Avq 2022
  • "Golden Pay" işçi axtarır - VAKANSİYA
    20:43 10 Avq 2022
  • "Unilever Azerbaijan" işçi axtarır - VAKANSİYA
    20:40 10 Avq 2022
  • "Kristal Abşeron" işçilər axtarır - VAKANSİYALAR
    19:47 10 Avq 2022
  • Azərbaycanın məşhur pivə sirkəti - İŞÇİLƏR AXTARIR - VAKANSİYALAR
    19:38 10 Avq 2022
  • "PASHA Holding" çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
    19:29 10 Avq 2022
  • "Azersun Holding" işçilər axtarır - VAKANSİYALAR
    19:25 10 Avq 2022
  • Hər kəsin uzun zamandır gözlədiyi təqdimat: “Samsung” növbəti dəfə təəccübləndirdi - FOTO
    18:30 10 Avq 2022
  • "Qarabağ" klubunun futbolçularının qiyməti 1 mln. avronu keçib - SİYAHI - ADLAR - MƏBLƏĞ
    18:11 10 Avq 2022
  • “Transneft” “Drujba”nın cənub qolu vasitəsilə Avropaya neftin nəqlinə - BAŞLAYIB
    18:06 10 Avq 2022
  • Azərbaycanda audit xidmətinə minimum qiymət tətbiq ediləcək –  AUDİTORLAR ÜÇÜN MÜHÜM YENİLİK
    17:59 10 Avq 2022
  • Bakıda "Yüngül cinayətlər" restoranında yanğın - BAŞLAYIB
    17:54 10 Avq 2022
  • “Domino`s Pizza” İtaliyada fəaliyyətini - DAYANDIRIB
    17:48 10 Avq 2022
  • Azərbaycanda ucuz qiymətə auditor xidməti göstərmək - QADAĞAN EDİLƏCƏK – YENİ LAYIHƏ
    17:43 10 Avq 2022
  • Balasanyan azərbaycanlı generallara - SÖZ VERDİ
    17:39 10 Avq 2022
  • Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
    17:27 10 Avq 2022
  • «Ağ Şəhər»də işləyən şirkət Ağdamda – «NOVOSTROYKA» TİKİR KVADRATI 1250 MANATA
    17:11 10 Avq 2022
  • Bakı ilə Dehli arasında birbaşa uçuşlar başlayıb - FOTO
    16:52 10 Avq 2022
  • Azərbaycanda ucuzlaşan və bahalaşan ərzaqlar - RƏSMİ
    16:46 10 Avq 2022
  • Azərbaycanda auditor xidmətlərinin dəyərinin minimum hədləri - DƏYİŞDİRİLƏCƏK
    16:40 10 Avq 2022
  • Yoluxanların sayı 530-u keçdi - 6 NƏFƏR VƏFAT ETDİ
    16:33 10 Avq 2022
  • Bank kartlarından pul oğurlayan daha bir dəstənin üzvləri saxlanılıb - FOTO - VİDEO
    16:21 10 Avq 2022
  • “Aztelekom” da internet paketinin qiymətini - ARTIRDI
    16:14 10 Avq 2022
  • Bakı aeroportunun enerji təchizatında fasilələr - YARANIB
    16:12 10 Avq 2022
  • "Moody's" SOCAR-ın reytinqini - YÜKSƏLDİB
    16:07 10 Avq 2022
  • "Baktelecom" internet paketlərinin qiymətini - 50 FAİZ ARTIRDI
    16:03 10 Avq 2022
  • Xankəndi nəzarətə götürüldü - VİDEO
    15:55 10 Avq 2022
  • Dövlət qurumu avadanlıq, bərk və yumşaq inventarlar alır – BÖYÜK TENDER ELAN EDİLDİ
    15:51 10 Avq 2022
  • Hər kəs Zaqatalaya "Kənd Boğçası" yarmarkasına - DƏVƏT OLUNUR
    15:49 10 Avq 2022
  • Anar Mansurova Mərkəzi Bankda - VƏZİFƏ VERİLDİ
    15:45 10 Avq 2022
  • Prezidentin Türkiyəyə səfəri - BAŞA ÇATDI
    15:38 10 Avq 2022
  • Mərkəzi Bankın departamentlərindən biri - LƏĞV OLUNUB
    15:32 10 Avq 2022
  • Mərkəzi Banka yeni departament direktoru - TƏYİN EDİLİB
    15:27 10 Avq 2022
  • Moody’s agentliyi Bank of Baku-nun reytinqini - BİR DAHA YÜKSƏLTDİ!
    15:19 10 Avq 2022
  • Xarici valyuta satışından ən çox qazanc əldə edən banklar - RENKİNQ (30.06.2022)
    15:17 10 Avq 2022
  • “Hazırda Türkiyə hansısa ölkə ilə ortaq “Bayraktar” istehsal etmək niyyətində deyil”
    15:15 10 Avq 2022
  • Dövlət istiqrazları üzrə ödənişlər - HƏYATA KEÇİRİLİB
    14:56 10 Avq 2022
  • “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində təmir-bərpa işləri - APARILACAQ
    14:37 10 Avq 2022
  • Səfər Mehdiyevi saxlayan polislər - İŞDƏN ÇIXARILIB?
    14:19 10 Avq 2022
  • Adam öldürməyə görə 3 il, ağac kəsməyə görə 6 il həbs – CİNAYƏT MƏCƏLLƏSİ KİMƏ SƏRFƏLİDİR?
    14:11 10 Avq 2022
  • “Azərbaycan İnvestisiya Şirkəti” quru meyvələrin istehsalına - 4 mln. ₼ İNVESTİSİYA QOYUB
    14:06 10 Avq 2022
  • "Kapital Bank" yeni Bravo-4 filialını - İSTİFADƏYƏ VERDİ
    13:09 10 Avq 2022
  • “Nar” şəhid övladları üçün təşkil olunan “YAŞAT” Düşərgəsinə - DƏSTƏK OLDU
    12:56 10 Avq 2022
  • Sabahın hava proqnozu - AÇIQLANDI
    12:52 10 Avq 2022
  • Moody's "Xalq Bank"ın reytinqlərini - YÜKSƏLTDİ
    12:41 10 Avq 2022
  • NEQSOL Holding, NEQSOL Academy və Liderlik İnkişaf Proqramlarına görə beynəlxalq mükafatlara - LAYİQ GÖRÜLÜB
    12:38 10 Avq 2022
  • Dövlət şirkəti mebellər alır - TENDER ELANI
    12:31 10 Avq 2022
  • Əhalinin benzin-dizelə xərclədiyi məbləğ - 124 Milyon Manat Artıb
    12:27 10 Avq 2022
  • Azərbaycanda ərzağın bahalaşması 20%-i keçdi - RƏSMİ RƏQƏMLƏR AÇIQLANDI
    12:12 10 Avq 2022
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • C.Məmmədquluzadə küçəsi 102A (City Point Biznes Mərkəzi)

© 2016 - 2022 FED.az | Bütün hüquqlar qorunur.