Oktyabrın 1-dən istirahət və əyləncə məkanlarının (klublar daxil olmaqla), həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla) fəaliyyəti bərpa edilir.
Eləcə də bax: Azərbaycanda xüsusi karantin rejimi - Yumşaldıldı
FED.az xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.
Qeyd edək ki, faliyyəti bərpa edilən iş və xidmət sahələri saat 00:00-dək xidmət göstərir və həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna sahib olduqları halda istifadə edə bilərlər.