Bu gün Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum şəxslərdən daha bir qrupu Abşeron rayonunda mənzillərlə təmin edilib.
FED.az xəbər verir ki, ümumən son günlər bu kateqoriyadan olan 70 şəxs mənzillə təmin olunub.
Məzunlara yeni mənzillərin açarlarını Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Faiq Ağayev təqdim edib.