“Bakıda uşaq bağçalarına qəbul elektron qaydada aparılacaq”.
FED.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Başçısı Aparatının rəhbəri Elgin Həbibullayev paytaxtın məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin rəhbərlərinin iştirakı ilə bu müəssisələrdə təlim-tərbiyə işlərinin keyfiyyətinin yüksəldilməsi və digər məsələlərə həsr olunmuş seminar-müşavirədə deyib.
Onun sözlərinə görə, bu, neqativ halların aradan qaldırılmasına, bu sahədə şəffaflığın təmin olunmasına gətirib çıxaracaq.