"Apple" şirkəti hazırda 9,7 düym diaqonallı yeni nəsil "iPad" planşetlərinin hazırlanması üzərində çalışır. Qurğu qiymətinin ucuz olması ilə seçiləcək. Bu barədə insayderlərin məlumatında deyilir.
"Rambler" saytının yaydığı məlumata görə, yeni seriyalı "Apple" qurğularının istehsalına 2018-ci ildə başlamaq nəzərdə tutulur. Şirkətin ucuz planşetlərın istehsalına başlamaqda məqsədi hazırkı satış səviyyəsini (rüb ərzində 10 milyona yaxın qurğu) saxlamaq marağından irəli gəlir. Bundan başqa, ABŞ istehsalçısı ucuz qurğular təqdim etməklə "Huawei", "Lenovo", "Samsung" və "Amazon" kimi şirkətlərə ciddi rəqib olacaq.
Analitiklərin bidirdiyinə görə, 9,7 düymlük "iPad" planşetinin 2018-ci ilin ikinci rübündə nümayişi planlaşdırılır. Qurğunun gözlənilən qiyməti 259 dollara yaxındır.
"Apple" şirkəti əsas komplekt hissələri tədarükçülərini də müəyyənləşdirib. Ucuz "iPad" modeli "Compal Electronics" zavodunda yığılacaq, çap platasının və elementlərin istehsalı ilə "Compeq" və "Unitech Pronted Board" şirkətləri məşğul olacaq.