Məlumdur ki, dekabrın 1-dən "Uber" və "Taxfy" müştəriləri üçün taksi xidməti nagdsız hesablaşmalara zamanı 18% bahalaşıb.
Bu, nagdsız hesablaşmadan istifadə edən taksi müştərilərinə 18% həcmində ƏDV-in tətbiqi ilə əlaqədardır.
"Uber" çıxış yolu kimi nağd ödəniş imkanını aktivləşdirib.
Sərnişinlərin, Uber-in partnyorlarına (taksi sürücülərinə) səfər üçün birbaşa nağd ödəniş etmək seçimləri var. Sürücü, nağd ödənişli səfərlər üçün, səfərin sonunda gediş haqqını almaq və düzgün qalıq məbləğini qaytarmaq öhdəliyi daşıyır.
Məlumata görə, "Uber" və "Taxify" müştərilərini nağd hesablaşmaya təhrik edirlər. Sərnişin götürülən zaman, ondan səfərin gediş haqqını nağd ödəyib-ödəməyəcəyi soruşulur.
"Uber" ötən ilin yayında da bəyan etmişdi ki, Bakıda yeni nağd ödəniş sistemini istifadəyə verib.
"İstifadəçilər ödəniş növünü seçmək, sürücülər isə gündəlik xərcləri üçün müəyyən məbləğdə nağd vəsait arzusundadırlar. Beləliklə, nağd hesablaşmanın tətbiqinə görə Bakı sayca ilk paytaxt və Yekaterinburqdan sonra ikinci şəhər oldu.
Artıq test rejimində fəaliyyət göstərən “nağd ödəniş” opsiyası adi kart ödənişi ilə paralel əlçatan olacaq. Nağd ödəniş həyata keçirmək üçün istifadəçi tətbiq vasitəsilə avtomobili sifariş etdiyi zaman arzuladığı ödəniş növünü seçməlidir",- Şirkətin açıqlamasında deyilirdi.