2016-cı ildə 2170 nəfər Türkiyə vətəndaşı azərbaycanlı qadınlarla ailə həyatı qurub. FED.az xəbər verir ki, bu barədə Trend Türkiyə Statistika İnstitutuna (TÜİK) istinadən məlumat verir.
Məlumata əsəsən, Türkiyə vətəndaşları ilə evlənən azərbaycanlı qadınlar bu göstərici üzrə üçüncü sıradadırlar.
2016-cı ildə Türkiyə vətəndaşları daha çox suriyalı qadınlarla ailə qurublar. Belə ki, ötən il türk kişilər 6495 suriyalı, 2644 alman xanımla evləniblər.
TÜİK-in məlumatında qeyd olunur ki, 2016-cı ildə ölkə ərazisində ümumilikdə əcnəbilərlə 22 583 nikah qeydə alınıb. Ötən il 1338 türkiyəli qadın Almaniya, 377-si Suriya, 291-i isə Avstriya vətəndaşı ilə ailə qurub.