Türkiyə Statistika Təşkilatı (TÜİK) 2023-cü ilin dekabr ayı üzrə işçi qüvvəsi statistikalarını açıqlayıb.
Türkiyə Mərkəzi Bankı faizini - DAHA DA ARTIRDI
FED.az TÜİK-in məlumatına istinadən xəbər verir ki, Türkiyədə 15 və daha yuxarı yaşda olan işsizlərin sayı 2023-cü ilin dekabr ayında bir əvvəlki ayla müqayisədə 12 min nəfər azalaraq 3 milyon 98 min nəfərə düşüb. İşsizlik səviyyəsi 0,1 bənd azalaraq 8,8 faiz təşkil edib. İşsizlik səviyyəsi kişilər üzrə 7,1 faiz, qadınlar üzər isə 12 faiz olub.
2023-cü ilin dekabr ayında məşğul əhalinin sayı əvvəlki ayla müqayisədə 399 min nəfər artaraq 32 milyon 56 min nəfərə, məşğulluq səviyyəsi isə 0,6 bənd artaraq 48,8 faizə çatıb. Bu göstərici kişilər üzrə 66,1 faiz, qadınlar üzrə isə 31,9 faiz təşkil edib.
İşçi qüvvəsi 2023-cü ilin dekabr ayında bir əvvəlki ayla müqayisədə 387 min nəfər artaraq 35 milyon 154 min nəfər olub.
15-24 yaş qrupunu əhatə edən gənc əhali arasında işsizlik səviyyəsi əvvəlki ayla müqayisədə 0,8 bənd azalaraq 15,5 faizə düşüb. (Marja)