Azərbaycan neftçiləri koronavirusa qarşı aparılan mübarizənin bütün sahələrində dövlətimizin yanındadır.
FED.az xəbər verir ki, bu barədə SOCAR-dan Modern.az-a verilən məlumatda bildirilib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin göstərişinə uyğun olaraq, SOCAR pandemiya səbəbindən Türkiyədən qayıda bilməyən 10 mindən çox Azərbaycan vətəndaşının sığınacaq, əsas qida vasitələri, nəqliyyat kimi ehtiyaclarının təmin olunmasına yardım edəcək.