2020-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı artıb.
Eləcə də bax: İşsiz şəxslərin özünüməşğulluğa cəlb olunma - ŞƏRTLƏRİ DƏYİŞİB
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən (İŞKUR) məlumat verilir.
Statistikaya əsasən, hesabat dövründə Türkiyədən Azərbaycana iş axtarmaq üçün gələnlərin sayı 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə 11,3 dəfə artıb.
İdarədən qeyd ediblər ki, bu dövr ərzində Azərbaycana iş tapmaq üçün 99 Türkiyə vətəndaşı səfər edib.
Ümumilikdə, hesabat dövründə 4 098 nəfər Türkiyə vətəndaşı iş tapmaq üçün xaricə səfər edib. Bu, 2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə 40,3 faiz azdır.
Trend