Sosial Tədqiqatlar Mərkəzi (STM) Türkiyədə keçiriləcək seçkilərdən sonrakı mərhələdə Türkiyənin Qarabağ məsələsi və Azərbaycana dair siyasəti ilə bağlı ölkə ictimaiyyətinin gözləntilərini öyrənib.
Azərbaycan vətəndaşlarının 88%-i Ərdoğanın qalib gələcəyini düşünür
FED.az xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bildirib ki, sorğunun nəticələrinə əsasən, ölkə ictimaiyyətinin 73,3 faizi Türkiyədə keçiriləcək seçkilərin nəticələrinin ölkəmiz üçün çox əhəmiyyətli, 21,6 faizi əsasən əhəmiyyətli olacağını qeyd edib.