Türkiyədə yeni ildən əmək haqları və minimum pensiya artırılıb.
Biznesə aid 2023-cü ildə qüvvəyə minən qanunvericilik aktlarının icmalı - 1-Cİ HİSSƏ
FED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan 2023-cü ildən etibarən məmur maaşlarının və pensiyaların 30% artdığını elan edib. Nəticədə Türkiyədə minimum pensiyanın məbləği də 3500 lirədən 5500 lirəyə (yəni 293 dollara və ya 499 manata) qaldırdıqlarını da açıqlayıb.
Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış edən prezident Rəcəb Tayyib Ərdoğan, "Zabitlərimizə və bütün təqaüdçülərimizə 2023-cü ilin yanvar ayında maaş artımlarının yüzdə 30 olaraq tətbiq ediləcəyini müjdələyirik" deyib.
Bu çərçivədə ailə pulu da daxil olmaqla ən aşağı məmur maaşı 9 105 lirədən 11 848 lirəyə (485 dollardan 631 dollara), ən aşağı məmur pensiyası isə 6 078 lirədən 7 901 lirəyə (324 dollardan 421 dollara) yüksəlib.